Məktəbli sinif yoldaşını BIÇAQLADI

11:20 06.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Məlumata görə, Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb..